AppPage.net

Screenshots

  • Agrohub screenshot 1
  • Agrohub screenshot 2
  • Agrohub screenshot 3
  • Agrohub screenshot 4

About Agrohub

“Agrohub” mobil tətbiqi Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafı naminə fermerlər və aqronomlar arasında kommunikasiyanı gücləndirmək məqsədilə yaradılıb. Əsas özəlliklər: • İstifadəçilər fermer və ya aqronom kimi qeydiyyatdan keçə bilərlər. • Fermerlər və aqronomlar istənilən mövzu ilə bağlı fikirləri, sualları və ya qarşılaşdıqları çətinlikləri mətn, şəkil və ya video formatında əsas səhifədə paylaşıb digər fermer və aqronomlarla müzakirə edə bilərlər. • İstifadəçilər kənd təsərrüfatı avadanlıqları və ya digər məhsulları satmaq məqsədilə elanlar yerləşdirə bilər və ya ehtiyacı olan məhsulları elanlar səhifəsindən axtara bilərlər. • Tətbiq istifadəçiləri yetişdirdikləri məhsul növü, bölgə, suvarma üsulu, təsərrüfat ərazisinin sahəsi və s. məlumatları daxil edərək əkin əlavə edə bilərlər. Beləcə bu əkinə uyğun əkin məlumatları (suvarma, iqlim şəraiti, gübrələmə proqramı, xəstəliklərə və zərərvericilərə qarşı mübarizə formaları və s.) əlçatan olacaqdır. • Fermerlər onları maraqlandıran bütün sualları çat vasitəsilə aqronoma yönləndirərək məsləhət ala bilərlər. İstifadə qaydaları: • Qeydiyyat prosesi çox sadədir. Mobil nömrənizi əlavə edərək gələn birdəfəlik kodu daxil edib qeydiyyatdan keçə bilərsiniz. Əgər aqronom kimi qeydiyyatdan keçirsinizsə, aqronom olduğunuzu təsdiq edən hər hansı bir sənədi əlavə etməyiniz tələb olunacaqdır. • Elan yerləşdirərkən sizdən bir və ya bir neçə şəkil əlavə etmək, müvafiq kateqoriyanı siyahıdan seçmək, satdığınız məhsulun qiymətini və haqqında məlumat əlavə etmək tələb olunacaq. Elanı yaradarkən əlavə etdiyiniz mobil nömrə, elana baxanlara əlçatan olacaq və onlar sizinlə əlaqə saxlayaraq məhsulunuzu almaq imkanı əldə edəcəklər. • Həmçinin siz digər istifadəçilərin yerləşdirdiyi elanlara daxil olaraq məhsullar haqqında ətraflı məlumatı oxuya, şəkillərinə baxa, elan sahibi ilə əlaqə saxlaya bilərsiniz. • Siz hər hansı post paylaşarkən bu digər istifadəçilərin əsas səhifəsində görünür. Onlar sizin postlara rəy bildirə, bəyənə, həmçinin sizin postlara abunə ola bilərlər. Abunə olduğunuz istifadəçilərin postları ilə bağlı sizə tətbiq tərəfindən xəbərdarlıq göndəriləcəkdir. • Hər hansı bir və ya bir neçə bitkinin əkini ilə məşğulsunuzsa, onu əkin kimi əlavə edə və ya Faydalı səhifəsindən həmin bitkini seçərək məlumatlar əldə edə bilərsiniz. Burada həm bitki ilə bağlı məqalələr, həm də əkin proqramları mövcuddur. Yükləyin və başlayın: Fermerin rəqəmsal dostu “Agrohub”ı elə indi yükləyib istifadə etməyə başlayın. Bütün bu imkanlar hamısı sizə tam ödənişsiz təklif olunur. Təsərrüfatınızı daha məhsuldar sahəyə çevirmək üçün “Agrohub” daim yanınızdadır! Əlaqə: Sizə maraqlı olan bütün suallara bizimlə əlaqə saxlayaraq cavab tapa bilərsiniz. Email: [email protected] Telefon: +994 50 209 46 65 Vebsayt: agrohub.az

What’s new

Version 1.3 · Updated January 16, 2025

Performans təkmilləşdirildi.

App privacy

The developer, AgroHub, reported these privacy practices to Apple.

Data Linked to You

The following data, which may be collected and linked to your identity, may be used for the following purposes:

  • Contact Info: Phone Number, Name

Used for: Analytics, App Functionality

Alternatives to Agrohub

Looking for apps like Agrohub? Here are 6 similar apps on the App Store.

Agrohub vs. alternatives
App Rating Price Last updated Compare
Agrohub – Free January 16, 2025
BazarDone – Free Oct 21, 2026 Compare
OnWay.az – Free Jan 22, 2026 Compare
OnWay Merchant – Free Jan 22, 2026 Compare
OnWay.az Driver – Free Jan 22, 2026 Compare
Pomodoro Focus Timer: Twen5 – Free Jul 24, 2026 Compare
XGPS Client – Free Mar 30, 2026 Compare

Compare Agrohub with the top alternatives: ratings, updates, ASO score and keyword gaps →