AppPage.net

Screenshots

  • Xərclərim - Maliyyə Köməkçiniz screenshot 1
  • Xərclərim - Maliyyə Köməkçiniz screenshot 2
  • Xərclərim - Maliyyə Köməkçiniz screenshot 3
  • Xərclərim - Maliyyə Köməkçiniz screenshot 4
  • Xərclərim - Maliyyə Köməkçiniz screenshot 5
  • Xərclərim - Maliyyə Köməkçiniz screenshot 6
  • Xərclərim - Maliyyə Köməkçiniz screenshot 7
  • Xərclərim - Maliyyə Köməkçiniz screenshot 8

About Xərclərim - Maliyyə Köməkçiniz

Xərclərə necə nəzarət edək?

Xərc və gəlirlərinizi idarə etməkdə sizə kömək olacaq tətbiq axtarırsınız? Budur, Azərbaycan dilində olan “Xərclərim” tətbiqi bu məqsəd üçün əla vasitədir.
Tətbiq sizə bir kliklə bank , idman , aptek, mağaza , eylence , biznes , fitnes , kitab, kredit , kommunal, internet, yemək və s. xərclərinizi əlavə etmək imkanı verir. Əsas valyuta olaraq manat ( AZN ) istifadə olunur.

►Mövcud funksionallıqlar
☆ Sürətli və rahat şəkildə xərcinizin və ya gəlirinizin əlavə olunması
☆ Əlavə olunan ödənişlərin redaktə edilməsi (tarix, kateqoriya, məbləğ və s göstəricilər üzrə)
☆ Kateqoriya və hesab üzrə günlük , aylıq və illik büdcə ( limit ) ayrılması
☆ Şablon ödəniş funksiyası
☆ Xerc və gəlirlərinizin kateqoriya və hashtag üzrə bölgüsü
☆ Istənilən period üzrə məxaric və ya mədaxil əməliyyatlarının izlənilməsi və balansın təyin edilməsi
☆ Statistikanın excel fayla export olunması
☆ Anlaşıqlı və sadə dizayn
☆ Pulsuz (Həmişə belə olacaq)
☆ Multivalyuta - Müxtəlif valyuta növlərinin dəstəklənməsi
☆ Bir neçə hesab əlavə olunması
☆ Müxtəlif dillərdə interfeys
☆ Alınacaqların siyahısı
☆ Borc siyahısı
☆ Parol qoymaq imkanı
☆ Arxivlənmə və bərpa
☆ Limitsiz kateqoriya yaratmaq imkanı bir kliklə (bank , idman , aptek, mağaza , biznes , kitab, kredit , kommunal, internet , yemək və s.)

► Gələcəkdə əlavə olunacaq funksionallıqlar
☆ Şablon ödəmə barədə xatırlatma
☆ Nəzərdə tutulan büdcələrin (limitlərin) aşılması barədə xəbərdarlıq
☆ Daha sürətli əlavə etmək üçün widget



Maliyyə köməkçimiz ilə xərclərimizə asanlıqla nəzarət edək.

► Ehtiyac olan icazələr
→ WRITE_EXTERNAL_STORAGE: Xərclərin fayla yazılması üçün

► Facebook-da biz
→ https://fb.com/xerclerim
→ https://fb.com/groups/xerclerimtexnikidestek/

► Youtube-da istifadə qaydalarına nümunə
→ https://goo.gl/QVKZzZ

Milli proqramlarımıza dəstək olaq!

Ən çox verilən suallar

Şablon nədir?
Şablon – sizin standart olan periodik ödənişlərini daha tez şəkildə əlavə edə bilməyiniz üçün bir bölmədir. Şablona məlumatlar bir dəfə daxil edilir (redaktə etmək mümkündür) və hər dəfə yalnız ödəniş et düyməsini basmaq kifayət edir.

Budce (limit) nədir?
Aylıq gəlirinizdən müəyyən kateqoriyaya maksimum xərcləyə biləcəyiniz məbləğdir. Ay ərzində sərfiyyatınız limit məbləğin 70%-dən çoxunu təşkil edərsə, sarı, 90%-dən çoxunu təşkil edərsə, qırmızı rəng ilə rənglənir.

Əlavə hesab yaratmaq nə üçün lazımdır?
Bir neçə “cib” -inizə nəzarət edə bilmək üçündür. Misal: Kartda olan pulunuzu bir hesaba, nağd olan pulunuzu digər, depozit üçün ayırdığınız pulu isə ayrı hesabda qeyd edə bilərsiniz.

Müxtəli valyuta növlərində olan pulumun qeydiyyatını apara bilərəm?
Hesab yaradarkən valyuta siyahısından sizə lazım olanı seçə bilərsiniz. Hər hesabda yalnız 1 valyuta qeyd olunur. Tətbiqdə ümumi bütün valyuta növü (azn, usd, eur, gbp ...) vardır.


Hashtag-lar (#) nə üçün lazımdır?
Misal: Geyim bölməsi yaratmısınız. Ailə üzvlərinizə geyim aldıqca, şəxslərin adına uyğun #-lar yaza bilərsiniz. Beleliklə, gələcəkdə hər bir ailə üzvünüzün geyiminə nə qədər pul xərclədiyinizi görə bilərsiniz.

Kateqoriya qeyd olunmayan ödənişlər tətbiqdə harada yer tutur?

Ödəniş əlavə edərkən kateqoriya qeyd olunmazsa, Kateqoriyasız adı altında əlavə olunur. Həmin ödənişlərə sol menyudan və ya hesabat bölməsindən baxa bilərsiniz.

Məlumatlara excell faylda baxa bilərəm?
Bəli. Hesabat bölməsində yuxarı menyuda "Export" düyməsinə basaraq Excell fayla export edib, baxa,mailinizə göndərə vəya başqa bir qovluqda saxlaya bilərsiniz.

Keçən ayın məlumatlarına necə baxa bilərəm?

Hesabat bölməsində filter düyməsini klikləyərək baxmaq mümkündür. Belə ki, bu bölmədə kateqoriya filteri, tarix filteri (həmçinin hər ikisini eyni zamanda) seçə bilərsiniz. Tarix filterində istifadəçiyə ehtiyac olan periodu qeyd etmək və ya şablon filterlərdən istifadə etmək mümkündür.

What’s new

Version 1.1.5 · Updated October 3, 2026

✓ Fixed bugs

User reviews

Elnur Qer
Elnur Qer
Salam bizim kassa cekleri ile qr kodu oxudaraq aldiqimiz mehsullaru avtomatik olaraq siyahiya elave etseydi super olardi
anar bedelov
anar bedelov
Çox yaxşı proqram və texniki dəstək xidməti super
Nicat Aliyev
Nicat Aliyev
Problemsiz işləyir.Belə də davam edəcəyə bənzəyir.Tövsiyə edirəm!
Mibi Vaki
Mibi Vaki
Very useful application. I was using payed one before. This one is better. Please if possible add salary calculator also. Converting from gross to net and reverse. Thanks a lot
Nagi Aliyev
Nagi Aliyev
Əla proqramdır hazırlayanların əlinə sağlıq!
Vəkil Anar Ramazanov
Vəkil Anar Ramazanov
Çox rahat və funksional tətbiqidir . Amma təəssüf ki cloud sistemdə sinxronizasiya olunmur.. məsələn Gmailde... onu həll etsez əla olardı.

Alternatives to Xərclərim - Maliyyə Köməkçiniz

Looking for apps like Xərclərim - Maliyyə Köməkçiniz? Here are 4 similar Android apps on Google Play. The highest rated is Zenmoney: expense tracker (4.4/5), and all 4 are free to download.

Xərclərim - Maliyyə Köməkçiniz vs. alternatives
App Rating Price Installs Last updated Compare
Xərclərim - Maliyyə Köməkçiniz 4.7 / 5 Free 100,000+ Oct 3, 2026
FINATEKA – Free 10,000+ Jul 14, 2026 Compare
Zenmoney: expense tracker 4.4 / 5 Free 1,000,000+ – Compare
Home Bookkeeping Money Manager 4.1 / 5 Free 500,000+ – Compare
My Money Manager 4.2 / 5 Free 500,000+ Feb 22, 2019 Compare

Compare Xərclərim - Maliyyə Köməkçiniz with the top alternatives: ratings, updates, ASO score and keyword gaps →

Similar apps on Google Play