MƏAD Ölümdən sonrakı həyat
Üsuliddinin beşinci və sonuncu əsası «Məad»-dır. «Məad», ərəb sözü olub qayıdış mə'nasını daşıyır. Amma dini termin baxımından məadın mə'nasında belə deyirlir:
«Məad» axirət aləminə inanıb bu dünyadan sonra ayrı bir aləmin varlığına e'tiqad bəsləməkdən ibarətdir.
Bu əqidəyə əsasən dünyadan getmiş hər bir insan Həzrət İsrafil əleyhissalamın şeypurunun səslənməsi ilə oyanıb Allah qarşısında hazır olacaq və öz əməllərinin əvəzini görəcəkdir.
Axirət aləminə inanmaq təkcə müsəlmanlar arasında deyil, bütün ilahi dinlərdə əsas mövzulardan biri sayılır.
Həqiqətdə Axirət aləminə inanmağın əsası hər bir insan varlığının ruh və cisimdən yaranmasından qaynaqlanır.
İnsanın cismi öləndən sonra torpaqlar altında çürüyüb, aradan getsə də ruhu dəyişməz qalır.
İnsanı sair varlıqlardan ayıran əsas amil isə onun ağıl və şüura malik olmasıdır.
İnsan bu dünyaya təkcə yemək-içmək və bir sıra ləzzətlərin ardınca düşmək üçün gəlməmiş və heç də belə bir hədəf üçün yaranmamışdır. Elə buna görə də hər bir insanın zehnində aşağıdakı suallar yarana bilər:
1-haradan gəlmişik?
2-Hansı hədəf üçün yaranmışıq?
3-Bu həyatın sonu haradır?
Bu suallara düzgün cavab tapmaq üçün «Məad» barəsində və başqa sözlə Axirət aləmi haqda danışmaq zəruri və lazım məsələlərdən biri sayılır.
Qeyd etdiyimiz kimi, axirət aləminə inanmaq təkcə müsəlmanlara məxsus deyil, həm də bədəvi insanlar, atəşpərəstlər, yəhudilər, məsihilər və s .... insanların da əqidə bağladığı əsaslı e'tiqadlardan biridir.
AXİRƏT ALƏMİNİN XÜSUSİYYƏTLƏRİ
Ağıl və məntiq baxımından Axirət aləmi aşağıdakı xüsusiyyətlərə malik olmalıdır.
1-Axirət aləmi əbədi və həmişəlik olmalıdır;
Qurani-kərimə nəzər saldıqda Axirət aləminin əbədi olmasına dair bir çox ayələr görürük. Məsələn:
«Behiştin qapıçıları Behişt əhlinə salam verərək deyər: Xoş olsun sizə; əbədi olaraq Behiştə daxil olun.»
Həmçinin Cəhənnəm əhli barədə buyurulur:
«Allah-təala münafiq (iki üzlü) kişilər, qadınlar və kafirlər üçün əbədi olan cəhənnəm odunu və'də vermişdir.»
2-Axirət aliminin ne'mət və səadəti hər növ çətinlik və əzab-əziyyətdən uzaq olmalıdır;
Axirət aləmində olan ne'mət və səadət üçün heç bir əziyyət, narahatçılıq və hüzn olmamalıdır. Çünki bu cür xüsusiyyətlər müvəqqəti olan dünya həyatının ne'mətləri və rifahını əldə etdikdə ola bilər. Axirət aləmində isə bu cür xüsusiyyətlərin olması qeyri-mümkündür.
Qur'ani-kərimdə oxuyuruq:
«(Onlara xitab olunar:) Behiştə daxil olun! Sizin üçün Heç bir qorxu və hüzn olmayacaqdır.»
3-Axirət aləmi iki hissədən təşkil olunmuşdur;
Belə ki, saleh əməllər sahibi üçün rəhmət və günahkarlar üçün əzaba malik olmalıdır.
Qur'ani-kərimin bir çox ayələri bu söz üçün canlı sübutdur. Məsələn:
«Zərrə qədər yaxşı əməl sahibi (Axirət aləmində) öz işinin savabını görəcəkdir. Və zərrə qədər pis əməl sahibi (də) öz əməlinin cəzasına çatacaqdır.»
Beləliklə heç bir insan ilahi rəhmət və cəzadan boyun qaçıra bilməz və hamı ilahi məhkəmədə hazır olmalıdır.
4-Axirət aləmi əməl yeri deyil, cəza və mükafat yeri olmalıdır;
Çünki əməl qapısı ölüm yetişdikdə bağlanar və bir daha açılmaz. Qur'ani-kərim bu haqda buyurur:
«Sizlərdən birinizin ölümü yetişməmiş sizə verdiyimiz ruzilərdən Allah yolunda infaq edin, (ki, əcəli çatmış hər bir şəxs) belə deyər: İlahi, bir daha əcəlimi təxirə salsan, Sənin yolunda sədəqə verib salehlərdən olaram.»
Bu ayədən aydın olur ki, insanın ölümü çatdıqdan sonra heç bir əməli yerinə yetirə bilməz və ona savab yazılmaz.
bygajiyev dini kitabxana islam kitabxanası Çərəkə Qurani kərim Azərbaycan Azerbaijan Dualar Cereke Dua kitabları islam Din
Listen and read this program exactly as Azan and IqameEzan (Arabic: الأذان)...
Coğrafiya sevənlər üçün Cografiya test oyunuOyunda Ümumi suallar - Azərbaycan coğrafiyası- Bayraq...
Proqramda bir birindən gözəl səslərlə Mp3 olaraq Azan dinləyə bilərsinizAzan səmavi bir...
Bu tətbiqdə namaz qılmağı səsli və görüntülü öyrənə bilərsiniz gündəlik namazlar ayrı...
Dualar və Zikrlər tədbiqinidə 100 dən artıq dua və zikrlər toplanmışdırTədbiq tam...
Qurani Kərim' dən 20 kiçik surənin yer aldığı bir tədbiq. Tədbiqdə nələr...
Created with AppPage.net
Similar Apps - visible in preview.