Back to Top
Kontakt Home Screenshot 0
Kontakt Home Screenshot 1
Kontakt Home Screenshot 2
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Kontakt Home

Biz kimik?
Hər bir böyük biznes hekayəsi kimi bizim hekayəmiz də müştəridən, yəni səndən başlayır. Sənin istək və ehtiyacların bizim üçün çox vacibdir. Əsas məqsədimiz ən yaxşı xidmət göstərməklə səni sevindirmək və büdcənə, istəyinə uyğun, düzgün məhsul seçimi etməkdə sənə yardımçı olmaqdır. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik.
Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri kimi səni sevindirmək üçün nələr edirik?

Sevilən brendləri sənə daha yaxın gətiririk:Biz Samsung, LG, Bosch, Huawei, Realme, Sony, Panasonic, BQ, Sonorous, Elari, Thomas, Beurer, Black & Olufsen, Karcher, H Gala, Cassore, Simge mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, Dyson, Toshiba, Electrolux, WHAL, Black&Decker, Hoffmann kimi beynəlxalq brendlərin Azərbaycanda eksklüziv distributoru, Apple brendinin isə rəsmi satış mərkəziyik.
Brend portfoliomuz durmadan böyüyür, odur ki, sevdiyin dünya brendlərinin məhsullarını rahatlıqla Kontakt Home mağazalarından əldə edə bilərsən.

Axtardığın hər şeyi bir məkana toplamışıq:, iş, dərs, ev, əyləncə və istirahət üçün arzuladığın məhsulların çox geniş çeşidini eyni məkanda – “Kontakt Home” mağazalarımızda tapa bilərsən. “Kontakt Smart” konsept mağazalarımızda isə rəqəmsal texnikanın geniş çeşidi təqdim olunub. Rahatlığın üçün mağazalarımızın yerini sənə ən rahat ünvanlarda seçmişik. Ünvanlarla buradan tanış ol: https://kontakt.az/magazalar/

Sərfəli təkliflər ilə üzünü güldürürük:İstər nağd, istərsə də hissəli alış şərtlərini uyğun etməklə, istədiyin məhsulları daha rahat əldə əldə etməyinə şərait yaradırıq. “Axşam bazarı”, “Şeş Qoşa”, “Fərqin 120%-ni geri al” kimi kampaniyalar isə artıq hamının ən sevimli kampaniyalarına çevrilib.
Sənin məmnunluğun üçün əlavə xidmətlər təklif edirik:Məhsullarımıza 3 ilədək rəsmi zəmanət təqdim edirik. Bütün zəmanət müddətində məhsulla bağlı hər hansı çətinliyin yaranarsa, partnyor servis mərkəzləri ilə çətinliyini qısa müddətdə aradan qaldırırıq. Bundan başqa, rahatlığını düşünərək məhsulun təmirdə olduğu müddətdə sənə əvəzləyici məhsul təklif edirik. İşdir, məhsulunun təmiri partnyor servis mərkəzlərində 14 gün ərzində yekunlaşmazsa, biz o məhsulu sənin üçün tamamilə yenisi ilə əvəz edəcəyik. Bəli, bu qədər iddialıyıq.
Sosial öhdəliyimizi yerinə yetiririk:Həyata keçirdiyimiz və dəstək olduğumuz sosial məsuliyyət layihələri ilə cəmiyyətdə yeni müsbət dəyərlər yaratmağa çalışırıq.
Həmişə əlçatanıq: Sənə bir zəng qədər yaxınıq. *6060 Çağrı Mərkəzinə zəng edərək məhsul və xidmətlərimizlə bağlı bütün suallarını ünvanlaya bilərsən. Bizi həmçinin sosial şəbəkələrdə də asanlıqla tapa bilərsən.

Similar Apps

Color Water Sort

Color Water Sort

0.0

Решите игру сортировки по цвету, сортируя водную головоломку и головоломку сортировки по...

Tezbazar.az

Tezbazar.az

0.0

Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib...

Azbot

Azbot

0.0

Süni intellektdən ilhamlandıq....

Isar Kargo

Isar Kargo

0.0

2018-ci ildə fəaliyyətə başlamış şirkətin Bakı, Lənkəran və Balakəndə regional ofisləri fəaliyyət...