➤ Azərbaycan nağılı - nağıllar oxu və səsli dinlə
➤ Azərbaycan nağılları — Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar:
➤ Heyvanlar haqqında olan nağıllar:
Bu növ nağıllar ən qədim nağıllardır. Qədim insanlar bəzi heyvanlara ecazkar varlıq kimi baxıb onları müqəddəsləşdirmişlər. Heyvanlara aid olan nağılların içərisində böyük bir qismini alleqorik nağıllar təşkil edir.
➤ Sehirli nağıllar
Bu nəğıllarda qəhrəmanlar sehr, cadu, əfsun və əfsanəvi köməkçilərlə düşmənə qarşı mübarizə aparır ("Sehirli üzük", "Şəms və Qəmər", "Məlikməmməd" və s.).
➤ Tarixi nağıllar
Bu nağılların qəhrəmanı tarixi şəxsiyyət, hökmdar, xalqın qəhramanı və ya məşhur bir sənətkardır ("İsgəndər və fağır", "Saleh və Valeh", "Üç bacı" və s.).
➤ Məişət nağılları
Bu növ nağıllar daha real və xalqın ictimai və məişət problemləri ilə daha bağlıdırlar ("Hacının köpəyi", "Yeddi qardaş bir bacı", "Dərzi şagirdi Əhməd" və s.).
➤ Novellistik nağıllar
Sehrli və heyvanlar haqqında nağıllarla müqayisədə, əsasən, icitmai və məişət problemlərinə daha yaxındır. Bu nağıllar tapmacanın, çətin sualın müdrik cavabı, rəhmsiz və ağılsız padşahın, ağanın, mollanın, tənbəlin ələ salınması və sair barədə süjetləri birləşdirir. Azərbaycan novellistik nağıllarında baş rolun iştirakçıları hazırcavab çobanlar, ağıllı qardaşlar, zirək və hazırcavab qızlar, müdrik və ədalətli şahlar, qazılardır. Bir sözlə, bu nağıllar insan ağlının, zəkasının bir təntənəsinə çevrilir.
➤ Tətbiqdə Azərbaycan nağılları ilə yanaşı Türk və İngilis dilində də nağıllar vardır. Və yeni dillərdə də nağıllar əlavə ediləcək.
Dark Web Browser - Fast and Private Web Browser➤ Dark browser is...
Fiskal İD - ƏDV geri al haqqında bir çox məlumatlar➤ Tətbiq vasitəsilə...
Engine Exhaust Sound - The Best Car Exhaust Sound and Horn &...
➤ What is a pattern in a chart?Image result for what is...
➤ Internet Speed Test application measures the speed between your device and...
Dictionary Offline - Learn new words➤ What is dictionary used?A dictionary is...
Created with AppPage.net
Similar Apps - visible in preview.